10 iyul 2012 15:06
Rəvan heyətini polşalı qapıçı ilə gücləndirir
Uzun müddətdi qapıçı axtarışında olan “Rəvan” istədiyi qolkiperi Polşada tapıb. Azerisport.az xəbər verir ki, bu Lukaş Sapeladı.
29 yaşlı qapıçı artıq komandanın düşərgəsindədi. Onunla yaxın günlərdə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Sapela karyerasını yetirməsi olduğu Polşanın “Belchatow” klubunda keçirib. O, 2000-ci ildən bu klubun əsas heyətində 109 oyuna çıxıb.
