10 iyul 2012 15:11

“Azərbaycanlıların iddialı açıqlamalarında qorxulu heç nə yoxdu”

Gürcüstanın “Zestafoni” klubunun yarımmüdafiəçisi Tornike Qorqiaşvili müsahibəsində Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları “Neftçi”dən, şanslarından danışıb, eləcə də hazırlıq prosesi barədə fikirlərini açıqlayıb.
 
- Toplanışınız necə keçir?
- Hər şey əla keçir. Fiziki, taktiki cəhətdən hazırlaşırıq, yoxlama oyunları keçiririk.

- “Steaua” ilə son oyununuz barədə nə deyə bilərsiz?
- Hesab edirəm ki, biz ilk hissədə yaxşı oynadıq. Daha çox top saxlayırdıq, hücumlar təşkil edirdik. İkinci hissədə isə rəqib nisbətən üstün oyun sərgiləməyə başladı. Məncə, heç-heçə tam ədalətli nəticə oldu. “Steaua” elə də çox qol epizodu yarada bilmədi. Amma buna baxmaraq, əla komanda olduğunu deməliyəm. İndi bizi sadəcə Çexiya “Slovan”ı ilə oyun gözləyir.
 
- “Neftçi”nin oyunlarının videoyazısına baxmısız?
- Təkcə videoyazılara yox. Məşqçilərimiz də oyunlarını canlı izləyiblər. Bakıdakı ilk oyun ərəfəsində biz bu komandanı daha ətraflı analiz etməyə çalışacağıq. Məşqçilər deyirlər ki, “Neftçi” çox güclü komandadı.
 
- Rəqib düşərgədən kifayət qədər kəskin açıqlamalar eşidilir...
- Qorxulu heç nə yoxdu. Meydanda hər şeyə aydınlıq gətirərik. Sözdə qələbə qazanmaq asan olur.
 
- “Zestafoni”də ötən mövsümlə müqayisədə nə dəyişib?
- Mən deməzdim ki, komandada böyük dəyişikliklər olub. Özümlə bağlı onu deyə bilərəm ki, hücumlara daha çox qoşulmağa başlamışam. Biz xoşbəxtliyi həmişə rəqib qapısında axtarmağa çalışırıq.
 
- “Zestafoni” Çempionlar Liqasının yeni mövsümündə əvvəlki ilə müqayisədə daha uğurlu çıxış edə bilərmi?
- Niyə də yox? Əsas məqsədimiz Avropada yaxşı oynamaq, qrup mərhələsinə çıxmaqdı. Çempionlar Liqasının qrup mərhələsi daha yaxşı olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.