10 iyul 2012 15:25

“Yeni futbol fəlsəfəsi olan oyunçular yetişdirəcəyik”

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası iyul ayının 1-dən doğma məkanda yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın yeni baş məşqçisi, ispaniyalı mütəxəssis Luis Araqon Azərbaycan və Qəbələ haqda ilkin təəssüratlarını, təlim-məşq toplanışının gedişi və gələcək planları barədə fikirlərini bölüşüb.
 
- Artıq 10 gündən artıqdır ki, Azərbaycanda – Qəbələdəsiniz. Ölkəmizə, yeni şəhərinizə uyğunlaşa bilmisinizmi?
- Daha əvvəl də bir dəfə Azərbaycanda olmuşdum. Həmin səfərim zamanı Bakını, Qəbələni və Lənkəranı gəzmişdim və buradan xoş təəssüratlarla ayrılmışdım. Ölkəniz elə ilk dəfədən çox xoşuma gəlmişdi. O ki qaldı Qəbələyə, yeni şəhərim yaşamaq və işləmək üçün çox gözəl və əlverişli yerdir. Təbiəti və iqlimi çox yaxşıdır. Sakit, stressiz şəhərdir. Uyğunlaşmada da heç bir problem yaşamadım. Məni əhatə edən insanlar çox səmimi, mehriban və ən əsası peşəkar insanlardır. Bu da mənə özümü Qəbələdə rahat hiss etmək üçün əsas verir. 
 
- Bir həftədən çoxdur ki, hazırlıqlara start verilib. Təlim-məşq prosesi necə gedir?
- Hazırda komandanı komplektləşdirməklə məşğuluq. Heyəti nəzərdən keçiririk, çatışmayan tərəflərimizi müəyyənləşdiririk. Futbolçularıma lazımi tapşırıqlarımı verirəm, onlar isə mənə diqqətlə qulaq asırlar, tapşırıqlarımı yerinə yetirməyə səy göstərirlər. Çempionatın startına kimi bir neçə yoldaşlıq oyununda gücümüzü sınayacağıq. Bu da bizə zəif nöqtələrimizi görməyə imkan yaradacaq. Həmin müddət ərzində komandada qalacaq, gedəcək və kollektivə yeni qoşulacaq futbolçuları da müəyyənləşdirəcəyik. Akademiyadan da heyətə yeni futbolçular cəlb edəcəyik.
 
- Komandanın hazırkı durumunu necə dəyərləndirirsiniz?
- Komandada ab-hava yüksək səviyyədədir. Amma futbolçunun yetişməsi üçün təkcə məşqlər yetərli deyil. Biz hazırda futbolçularımız üçün ideal proqram formalaşdırırıq. Onların düzgün rejimə salınması peşəkar futbolçu kimi yetişmələri üçün vacib faktordur. Gün ərzində səhər yeməyindən başlayaraq meydançadakı davranışların, gündəlik həyat tərzinin, istirahətin düzgün qurulması, asudə vaxtının normal dəyərləndirilməsi futbolçunun meydançadakı performansına birbaşa təsir edir. Bütün imkanlarımızı səfərbər edib yeni futbol fəlsəfəsi olan futbolçular yetişdirəcəyik və gənc futbolçuları əsas komanda üçün hazır vəziyyətə gətirəcəyik.
 
- Yeni mövsümdə əvəzedici heyətin hədəfi nə olacaq?
- Bir az əvvəl də qeyd etdiyim kimi məqsədimiz yeni futbol fəlsəfəsi olan, əsas komandaya kömək edə biləcək futbolçular yetişdirməkdir. Yeni oyun tərzimizi, futbol fəlsəfəmizi və təcrübəmizi aşılamaqla yüksək texnikalı futbolçular yetişdirəcəyik.  Bu məqsədə nail olmaqla istədiyimiz hədəfə çata bilərik - həm çempionatın qalibi olarıq, həm də əsas komandanı futbolçu ilə təmin edərik.
 
- Hazırda heyətdə əsas komandaya namizəd futbolçular varmı?
- Qısa müddətdir ki komandaya rəhbərlik edirəm. Hələ ki, dəqiq fikir söyləmək üçün tezdir. Heyətdə bəyəndiyim və gələcəyinə inandığım futbolçular var. Amma məqsəd fərdi xüsusiyyətlərə malik futbolçular yetişdirmək deyil. Biz istədiyimiz nəticələri əldə etmək gücündə olan, komanda oyunu nümayiş etdirən kollektiv formalaşdırmağa çalışırıq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.