10 iyul 2012 15:58

Xəzər Lənkəran rəhbərliyi: bu məsələdə bizim günahımız yoxdu

“Xəzər Lənkəran” rəhbərliyi Avropa Liqasının birinci təsnifat mərhələsinin Estoniya “Nomme Kalju”su ilə cavab oyununa gedərkən Tallin aeroportunda baş verənlərlə bağlı münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, viza problemi üzündən içində 5 futbolçunun da olduğu nümayəndə heyətimizin 10 üzvü aeroportda saatlarla gözləmək məcburiyyətində qalmışdı.
 
Lakin cənub klubunun rəsmiləri bu məsələdə səhvə yol vermədiklərini deyir: “Bu məsələdə bizim klubun səhvi olmayıb. Biz əvvəllər də bu vizanı almışdıq, heç bir problem olmamışdı. Onlar vizanın müddətinin başa çatmasına az qalmasını problemə çevirmişdilər. Halbuki, vizanın müddəti iyulun 14-nə qədər idi. Adətən belə məsələləri tez həll edirlər. Çünki bizim nümayəndə heyətimiz böyük idi. Qəbul edən tərəf də köməyini əsirgəməməliydi. Problemin vaxtında yoluna qoyulmamasına da əsas iş günü olmaması səbəb oldu. Çünki lazım olan adamlar telefonları qaldırmırdılar. Həmin şəxslərlə vaxtında əlaqə yarada bilsəydik, məsələ bu həddə çatmazdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.