10 iyul 2012 16:18
Fenerbahçenin yetirməsi Kəpəzdə (FOTO)
“Kəpəz” yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Gəncə klubu eyni zamanda heyətini də gücləndirməyə çalışır.
Belə ki, qərb təmsilçisi hazırda türkiyəli futbolçunu sınaqdan keçirir. Bu, 25 yaşlı qapıçı Gürcan Yücelikdi. Artıq bu futbolçunun Türkiyə klubu ilə yollarını ayırdığını və karyerasını Azərbaycanda davam etdirəcəyini qardaş ölkə mətuatı da təsdiqləyib.
Qeyd edək ki, bu futbolçu “Fenerbahce”nin yetirməsidi. O, son mövsümü Türkiyənin üçüncü liqa təmsilçisi “Kahramanmaraş”da keçirib.
