10 iyul 2012 16:57
Rəvan Super Liqa klubuna qarşı
“Rəvan”ın növbəti mövsümə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırda Türkiyədə təlim-məşq toplanışında olan elita klubu iki yoxlama oyunu keçirməyə hazırlaşır.
Azerisport.az xəbər verir ki, baş məşqçi Cavad Gülər komandasını iyulun 11-də Səudiyyə Ərəbistanından olan bir komanda ilə görüşdə sınamağa hazırlaşır. Lakin həmin komandanın konkret adı açıqlanmır. Digər yoxlama görüşü isə iyulun 13-də baş tutacaq. Həmin qarşılaşma Türkiyənin “Karabükspor” klubuna qarşı olacaq.
Qeyd edək ki, komanda iyulun 14-də Türkiyənin baş şəhərinə - Boluya yola düşəcək. Burdakı hazırlıq prosesində komanda daha üç sınaq matçına çıxacaq. Komanda vətənə iyulun 29-da qayıdacaq.
