10 iyul 2012 17:10

“Azərbaycan futbolu bizim üçün ayrı bir dünyadı”

Futbol üzrə Estoniya yığmasının baş məşqçisi Tarmo Ruutli azerisport.az saytına müsahibəsində avrokubokların cari mövsümündəki Estoniya – Azərbaycan qarşıdurmasından danışıb.
 
- “Xəzər Lənkəran”la “Nomme Kalju”nun, həmçinin “Trans”la “İnter”in ilk oyunları sizdə necə təəssürat oyatdı?
- “Trans”la “İnter”in mübarizəsində demək olar ki, hər şey aydındı. “Trans”a artıq heç nə kömək edə bilməz. İstənilən halda arada böyük səviyyə fərqi var. “Xəzər Lənkəran”la “Nomme Kalju” arasındakı cavab matçında isə bizi maraqlı mübarizə gözləyir. Fikrimcə, “Nomme Kalju”nun növbəti mərhələyə adlamaq üçün yaxşı şansı var.
 
- İlk oyunların nəticələrindən hansı sizi daha çox təəccübləndirdi?
- Narva klubunun böyük hesabla məğlub olması (0:5). Onlar rəqibə müqavimət göstərə bilmədilər. Amma “Nomme Kalju”nun səfərdə heç-heçəyə imza atması mənim üçün gözlənilməz olmadı. Bu, sürpriz deyil. Çünki onlar Estoniya çempionatında da yaxşı çıxış edirlər.
 
- “Xəzər Lənkəran”ın şanslarını necə qiymətləndirirsiz?
- Aydın məsələdi ki, hər iki komandaya çətin olacaq. Amma “Nomme Kalju”nu hətta 1:1 hesablı heç-heçə də qane edəcək. Özü də doğma divarlar arasında oynayacaqlar. Fikrimcə, bizim klubun şansları daha yüksəkdi, nəinki azərbaycanlıların.
 
- Yəqin ki, bu klubların büdcələri arasında böyük fərqin olmasından xəbərdarsız...
- Bu, artıq başqa söhbətin mövzusudu və məncə oyunla birbaşa əlaqəsi yoxdu. Estoniyada neft, böyük pullar yoxdu (gülür). Azərbaycan futbolu bizim üçün ayrı bir dünyadı. Amma meydanda 11 nəfər 11 nəfərə qarşı oynayır. Bu mənada biz estonlar rəqiblərimizlə mübarizə apara bilərik.

- Bəs real gücü qiymətləndirsək necə?
- “Nomme Kalju” ilə “Xəzər Lənkəran” arasında 10 oyun keçirilsə, yəqin ki, Azərbaycan təmsilçisi qələbə sayına görə daha üstün olar. Resurslarına, şəraitinə görə komandanız daha öndədi. Amma indiki halda hər şeyə yalnız bir anda aydınlıq gəlməlidi.
 
- Digər təmsilçiniz – “Trans” o qədər zəifdi ki, “İnter”ə 5 cavabsız qolla uduzdu?
- Bu komanda mövsümə pis başlayıb. Qeyri-sabit oyun sərgiləyir, nəticələr qazanır. Onlar indi bir növ qara zolaqdadılar. Heç oyunçuları da o qədər yüksək səviyyəli deyil.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.