10 iyul 2012 17:32
Flavinyo sıradan çıxdı
UEFA Çempionlar Liqasına hazırlaşan “Neftçi” ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, komandanın aparıcı oyunçusu Flavinyo zədələnib. O, Avstriya toplanışı çərçivəsində Rumıniya “Dinamo”suna qarşı keçirilən sınaq matçında (2:0) sağ dizindən zədə alıb.
Bu üzdən braziliyalı yarımmüdafiəçi Zaqreb “Dinamo”su ilə bu gün keçiriləcək yoxlama oyununa buraxılmayacaq. Onun Çempionlar Liqasında “Zestafoni”yə qarşı oynayıb-oynamayacağı isə hələlik məlum deyil. Həkimlər futbolçunu ilk oyuna qədər sağaltmağa çalışırlar.
