10 iyul 2012 17:51
Neftçinin Avstriyadakı son yoxlama matçının başlama vaxtı dəyişdi
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu "Neftçi" bu gün Avstriya toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” Xorvatiya çempionu "Dinamo" (Zaqreb) ilə qarşılaşacaq.
Görüşün əvvəldən saat 21:00-da start götürəcəyi bildirilirdi. Lakin son anda dəyişiklik edilib. Belə ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
