10 iyul 2012 18:03
Muarem Muarem Qarabağdan ayrı düşüb
“Qarabağ” Qızıcahamamda təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlığın cari günündə iki məşq vardı.
Artıq ilk çalışma başa çatıb. Hər zaman olduğu kimi günün ilk çalışması 10:30-da baş tutub və fiziki hazırlığa yönəlib. 1 saat 30 dəqiqə davam edən çalışma yükləmlərlə olsa da, toplu hərəkətlərə də xeyli yer verilib.
Muarem Muarem çalışmada iştirak etməyib. Tibbi heyət onun bir qədər dincəlməsinə ehtiyac görüb. Vüqar Nadirov isə fizioterpevt Murat Şahinoğlunun nəzarətində fərdi olaraq çalışıb. Nadirovun sabahdan kollektiv çalışmalara qoşulacağı gözlənilir.
“Qarabağ”ın 2-ci məşqi 17:00-da start götürəcək.
