10 iyul 2012 18:24
Sumqayıt daha bir futbolçu ilə müqavilə imzaladı (FOTO)
Xəbər verdiyimiz kimi, ötən mövsümü “Sumqayıt” Futbol Klubunda keçirmiş Ramil Həşimzadə bir müddət əvvəl “İnter”lə müqavilə imzalamışdı. Azerisport.az xəbər verir ki, 21 yaşlı futbolçu “bankirlər”in əsas heyətinə düşmək şansı az olduğundan müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.
Nəticədə Ramil Həşimzadə “Sumqayıt” FK ilə ikiillik müqavilə imzalayıb. Artıq Sumqayıt təmsilçisi də bu barədə rəsmi məlumat yayıb.
Qeyd edək ki, Ramil Həşimzadə 2011/2011 mövsümündə “Sumqayıt” FK-nun heyətində Premyer Liqada 12 qarşılaşmada (511 dəqiqə) meydana çıxıb.
