10 iyul 2012 20:25
Yığmamız Bolqarıstanı məğlub etdi (YENİLƏNİB)
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Qəbələ şəhərində keçirilən görüşdə millimizin rəqibi Bolqarıstan yığması idi.
Qarşılaşma millimizin qələbəsi ilə başa çatıb. Oyunda vurulan yeganə qolun müəllifi Aysun Əliyeva olub.
Maraq üçün qeyd edək ki, bu komandalar arasında daha bir yoldaşlıq görüşü keçiriləcək. Həmin oyun da iyulun 12-də, saat 18:00-da, Qəbələdə keçiriləcək.
Yoxlama oyunu
10 iyul
Azərbaycan – Bolqarıstan – 1:0 (1:0)
