10 iyul 2012 00:26
İnter bu yay transfer etdiyi futbolçu ilə yollarını ayırdı
“İnter” bu yay transfer etdiyi futbolçulardan biri ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, yay transfer pəncərəsində bu komanda "Sumqayıt" klubunun gənc futbolçusu Ramil Həşimzadə ilə müqavilə bağlamışdı.
Lakin "İnter"in hər iki təlim-məşq toplanışında iştirak etmiş Ramil Həşimzadə bu günlərdə yenidən keçmiş klubuna qayıdıb. Belə ki, əsas heyətə düşmək şansı az olan futbolçuyla qarşılığlı razılıq əsasında müqavilə ləğv olunub.
