10 iyul 2012 18:59
Ən məhsuldar futbolçuların siyahısı açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrdə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, yığma və klub səviyyəsində beynəlxalq oyunlarda ən məhsuldar futbolçuların siyahısına Didye Droqba başçılıq edir.
Kot- d`İvuar yığmasının 34 yaşlı kapitanı “Olymipique” (Marsel, Fransa) və “Chelsea”nin (İngiltərə) heyətində 100 qol vurub. Droqbanın ən yaxın izləyicisi almaniyalı həmyaşıdı Miroslav Klozedi. O, Almaniya millisində 64, 4 klubun – “Kayzerslautern”, “Werder”, “Bayern” və “Lazio”nun heyətində 26 dəfə fərqlənib.
Son illərdə dünyanın ən yaxşı futbolçuları, bombardirləri olan argentinalı Lionel Messi ilə portuqaliyalı Kristiano Ronaldo siyahıda müvafiq olaraq 6-cı və 9-du. Messi yığmada 28, “Barcelona”da 56 qolla ümumilikdə 84 dəfə rəqib qapısına yol tapıb. Ronaldo isə 76 qol vurub ki, bunun 36-sı millidə, 40-ı “Manchester United” və “Real”da gerçəkləşib.
