10 iyul 2012 19:22
Azərbaycan üçün 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət
Eşitməqüsurlu əlillərdən ibarət U-16 Azərbaycan yığması Slovakiyada beynəlxalq turnirdə iştirak edib. Azerisport.az xəbər verir ki, komandamız turnir çərçivəsində 3 oyun keçirib.
Bolqarıstan, Küveyt və Polşa futbolçuları ilə qarşılaşmalarda komandamız fərqli nəticələrə imza atıb. Belə ki, ilk oyunda darmadağına imza atan futbolçularımız küveytlilərlə sülh bağladığı halda, polşalılara böyük hesabla məğlub olub.
Nəticələri diqqətinizə çatdırırıq:
Azərbaycan - Bolqarıstan 3:0
Küveyt - Azərbaycan 2:2
Polşa-1 - Azərbaycan 4:0
