10 iyul 2012 00:45
“Zestafoni ilə oyunlarda Neftçiyə azarkeşlik edəcəyəm”
“Neftçi”nin keçmiş qapıçısı, hazırda Ukraynanın “Dinamo” (Kiyev) klubunun qapıçılarla işləyən məşqçisi Mixail Mixaylov Azərbaycan təmsilçisi ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, ötən gün bu iki komanda arasındakı yoxlama görüşü zamanı Mixaylov bunları dilə gətirib:
“Neftçi”ni gördüm, ötən illər yadıma düşdü. Həmin heyətimizi xatırlayıram. Yaxşı komandamız var idi. İndi də onlardan bəziləri ilə dostluq edirəm. Bu komanda demək olar ki, mənə çox doğmadı. Ona görə də “Neftçi”nin ardıcıl iki ildi ölkə çempionatının qalibi olması çox xoşdu. Bilirəm ki, komanda UEFA Çempionlar Liqasında Gürcüstanın “Zestafoni” klubu ilə qarşılaşmalı olacaq. Həmin oyunlarda “Neftçi”yə azarkeşlik edəcəyəm”.