10 iyul 2012 01:25
Böyükağa Hacıyev: Artıq Zaqreb Dinamosunu düşünürük
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Kiyev "Dinamo"su (Ukrayna) ilə keçirdikləri yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, komandasının 0:5 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Bizə gənc futbolçuları yoxlama vacib idi. Belə bir komanda ilə oyun onlara kömək edəcək. Manafovun, Seyidovun, Abdullayevin oyununu xüsusi qeyd edərdim. Lakin indi artıq Zaqreb “Dinamo”su (Xorvatiya) ilə oyunu düşünürük. Bu qarşılaşma “Zestafoni” ilə görüş öncəsi bizim üçün mühüm təcrübə olacaq”.