10 iyul 2012 19:36
Bakı artıq Sloveniyadadı (FOTO)
İyulun 12-də Avropa Liqasının birinci təsnifat mərhələsində “Mura” ilə cavab oyununa çıxacaq “Bakı” artıq Sloveniyadadı. Azerisport.az xəbər verir ki, paytaxt klubu 1 saat gecikmə ilə Maribor aeroportunda eniş edib.
40 dəqiqəlik fasilədən sonra isə “zolaqlılar” avtobusla oyunun keçiriləcəyi Lendava şəhərinə yola düşüblər. Yeri gəlmişkən qeyd edək ki, viza problemi ilə üzləşən qapıçı Xalidu Sissoko və müdafiəçi Georgi Popxadze də aeroportda bu problemlərini yoluna qoyublar.
