10 iyul 2012 01:43
Yuri Syomin İmamverdiyevi fərqləndirdi
Ukraynanın “Dinamo” (Kiyev) klubunun baş məşqçisi Yuri Syomin Azərbaycan çempionu “Neftçi”nin əvəzedici heyətinə qarşı keçirdikləri sınaq matçı barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 5:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
“Mən bilirdim ki, “Neftçi” bu oyunda gənclərdən ibarət heyətlə mübarizə aparacaq. Rəqib komandanın heyətində 25 nömrəli futbolçunun (Cavid İmamverdiyevi nəzərdə tutur – azerisport.az) oyununu qeyd edərdim. O ikinci hissədə meydana çıxsa da, oyuna kifayət qədər fəal qoşuldu. “Neftçi”yə Çempionlar Liqasındakı “Zestafoni” ilə oyunlarda uğurlar arzulayıram”.