10 iyul 2012 01:58
Zestafoni Neftçi ilə oyun öncəsi heyətini gücləndirdi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Gürcüstanın "Zestafoni" klubu heyətini gücləndirib. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Zestafoni təmsilçisi müqafiəçi Georgi Kaçkaçişvili ilə 3 illik müqavilə imzalayıb. Onun son iş yeri isə "Dinamo" (Tiflis) klubu olub.
Qeyd edək ki, "Neftçi" ilə "Zestafoni" arasındakı ilk oyun Bakıda - "Dalğa Arena"da keçiriləcək. İyulun 17-də baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək.
başlayacaq.
