10 iyul 2012 20:08
Bakı bu gün Sloveniyada ilk məşqə çıxacaq
Azərbaycan kubokunun qalibi “Bakı” bu gün Sloveniyada ilk məşqə çıxacaq. Azerisport.az xəbər verir ki, “zolaqlılar” artıq oyunun keçiriləcəyi Lendava şəhərindədi.
Komandamız “Mura” ilə cavab görüşü ərəfəsində iki məşqə çıxmalıdı. Onlardan birincisi bu gün yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 21:00-da).
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatmışdı. Cavab görüşü isə iyulun 12-də keçiriləcək və saat 23:00-da başlayacaq.
