10 iyul 2012 01:15

Yunis Hüseynov: Tallindəki matça fərqli taktika ilə çıxa bilərik

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov azerisport.az saytına müsahibəsində Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Estoniya “Nomme Kalju”su ilə cavab görüşü ərəfəsində komandadakı son durumu və şanslarını dəyərləndirib.
 
- Komandanız cavab görüşünə hazırdı?
- Komanda normal vəziyyətdədi. Oyuna ciddi hazırlaşırıq. Əslində biz vəziyyəti bu dərəcədə gərginləşdirməməli idik. İlk oyunda qələbəyə çox yaxın idik. Amma hamı səhv edə bilər. Əsas bu səhvlərdən nəticə çıxarmaqdı.

- Bəs siz Lənkərandakı oyundan hansısa nəticə çıxara bilmisiz?
- Komanda ilk 10 dəqiqə ərzində özünü göstərə bilmədi və erkən qol buraxdı. İkinci buraxılan qoldan sonra isə həvəsdən düşdük. Belə olmamalıdı. Çünki futbol 90 dəqiqə oynanılır. Futbolçularla bu barədə söhbətim olub. Allah eləsin ki, həmin səhvləri Tallində təkrarlamayaq.
 
- “Nomme Kalju” bu dəfə də standart vəziyyətlər zamanı qol vura bilər. Buna imkan verməmək üçün çıxış yolları fikirləşmisiz?
- Əlbəttə. Biz onların bu cəhətdən güclü olduqlarını hələ ilk oyun öncəsi də bilirdik. Amma belə səhvlərə yol verdik. Yenidən eyni kobud səhvlərin təkrarlanmasını istəmirəm.
 
- “Xəzər Lənkəran”ın yeddi ildi avrokuboklarda qələbə qazana bilməməsi səbəbindən üzərinizdə təzyiq hiss edirsizmi?
- Bəli, hiss edirəm. Bilirsiz, “Nomme Kalju” ilə heç-heçə mənə pis təsir etdi. Çünki o cür oyun sərgilədiyimiz halda, sonda qələbəsiz qaldıq. Mən belə olacağını gözləmirdim. İkinci buraxılan qola qədər çox əla oynayırdıq. Amma ondan sonra komanda “sındı”. Buna baxmayaraq, əlimizi yanımıza salmaq ixtiyarımız yoxdu. Sona kimi mübarizə aparmalıyıq.
 
- Yığmamızın baş məşqçisi Berti Foqts Lənkərandakı ilk oyundan sonra bildirdi ki, “Xəzər Lənkəran” yalnız ilk 60 dəqiqə ərzində yaxşı oyun sərgilədi...
- Hər kəsin öz fikri var. Foqtsun da fikrinə hörmətlə yanaşıram. Biz onunla Lənkəranda görüşdük. Mən də bilirəm ki, komanda ikinci buraxılan qoldan sonra pis təsir bağışladı, mübarizəni sona qədər davam etdirə bilmədik.
 
- İlk oyunla müqayisədə heyətdə dəyişiklik olacaq?
- Mümkündü. Rəqibi analiz etmişəm. Oyun üslubumuzu da dəyişə bilərik. Erkən qol vurmaq istəyirik. Bu, bizə mərhələ keçməyə imkan verə bilər.
 
- Estoniya klubundan nə gözləyirsiz?
- Mənə elə gəlir ki, onlar elə Lənkərandakı kimi oynayacaqlar. Düşünmürəm ki, taktikalarında dəyişiklik edələr. Çünki ən azından 0:0, 1:1 hesablı heç-heçələr də onları qane edir. Bu üzdən də estonlar müdafiədən oynayıb, əks-hücumlara ümid bəsləyəcəklər. İnanmıram ki, başqa taktika seçələr.
 
- Düşünmürsüz ki, Tallindəki oyun sizi üçün “Xəzər Lənkəran”da sonuncu oyun ola bilər?
- Belə bir hiss yoxdu. İstefa verməkdən, işsiz qalmaqdan qorxmaq lazım deyil. İstənilən məşqçi belə şeylərlə üzləşə bilər. Azarkeşlərin ümidlərini doğrultmağa çalışacağıq. Bunun üçün də qələbə qazanmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.