10 iyul 2012 21:47
Avroliqadakı klublarımızın hamısı mərhələ keçəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Avropa Liqasındakı klublarımızın ilk təsnifat mərhələsindəki aqibəti necə olacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Beləliklə, futbolsevərlərimiz hər üç klubumuzun – “Xəzər Lənkəran”, “Bakı” və “İnter”in mərhələ adlayacağına əmindilər. Belə ki, bu varianta respondentlərin 48 faizi (511 səs) səs verib.
Digər variantlara nəzər saldıqda isə, qismən “Xəzər Lənkəran”la “Bakı”nın mərhələ adlamasına şübhə ilə yanaşanların olduğu diqqət çəkir.
