10 iyul 2012 22:55

Mübariz Mənsimov: Xəzər Lənkərana yeni oyunçular alacağıq

“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən Estoniya “Nomme Kalju”su ilə cavab görüşünü izləmək üçün Tallinə getmişdi. Azerisport.az saytının müxbiri bu qarşılaşmanın fasiləsində onun bəzi fikirlərini öyrənib.

- “Xəzər Lənkəran” bu rəqibini keçməyə borcludu. Bizimlə onlar arasındakı fərq yerlə göy qədərdi. Onların büdcəsi cəmi 600 min avro təşkil edir.
 
- “Xəzər Lənkəran”ın avrokuboklardakı hədəfləri nədən ibarətdi?
- Mümkün qədər çox mərhələ keçmək. Əgər növbəti mərhələyə keçsək, bir və ya iki futbolçu alacağıq. Çünki Avropa Liqasında mərhələ adlamaq üçün komandanı gücləndirmək lazımdı.

- Hansı mövqeyə?
- Bizə yaxşı hücumçu lazımdı.

- “Xəzər Lənkəran”ın Avroliqada qrup mərhələsinə düşmək şanslarını necə qiymətləndirirsiz?
- Futbol topu hər tərəfə dönə bilər. Odu ki, hər şey mümkündü.
 
- Növbəti rəqibiniz böyük ehtimalla Polşa “Lech”i olacaq...
- Bilirsiz ki, onlar artıq bir dəfə bizi mübarizədən kənarlaşdırıblar. Allah eləsin ki, “Xəzər Lənkəran” bu dəfə “Lech”dən qisasını alsın.

- Komandanın Premyer Liqamızdakı hədəfləri nədən ibarət olacaq?
- Bizim Premyer Liqa gündən-günə daha da güclənir, maraqlı olur. Hər mövsüm olduğu kimi, yenə çempionluğa oynayacağıq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.