10 iyul 2012 23:24
İqor Prins: Lənkəranda daha yaxşı oynamışdıq
Estoniyanın “Nomme Kalju” klubunun baş məşqçisi İqor Prins Avropa Liqasının birinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, estonların çalışdırıcısı komandasının 0:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları söyləyib:
“Lənkəranda biz daha yaxşı oynamışdıq, nəinki evdə. Bu gün axmaq səhvlər buraxdıq. Ona görə də məğlub olduq. Çox təəssüf ki, Avropa Liqası ilə belə erkən mərhələdə vidalaşmalı olduq”.
