11 iyul 2012 00:02
Tərlan Əhmədov: Bu dəfə daha yaxşı təsir bağışladıq
“Təəssüf ki, oyun əlverişsiz hava şəraiti səbəbindən yarımçıq dayandırıldı. Biz oynamaq istəsək də, hakimlər briqadası və rəqib komandanın baş məşqçisi qarşılaşmanın belə şəraitdə davam etməsini istəmədi”.
Azerisport.az xəbər verir ki, bu sözləri Xorvatiya “Dinamo”su (Zaqreb) ilə oyundan sonra “Neftçi”nin məşqçisi Tərlan Əhmədov deyib. O, komandadan razı qalıb:
“Ümumilikdə komandanın oyunundan razı qaldım. Ötən matçlarla müqayisədə bu gün daha yaxşı təsir bağışladıq. Xəttlərarası əlaqə, eləcə də futbolçuların fiziki durumu istənilən səviyyədədi. Bakıda da bir neçə gün vaxtımız olacaq ki, bəzi kiçik səhvlərimizi aradan qaldıraq. “Zestafoni” ilə oyuna qədər komanda tam hazır olacaq”.
Qeyd edək ki, “Neftçi” – “Dinamo” oyunu 59-cu dəqiqədə güclü yağış üzündən dayandırılıb. Həmin vaxt “Neftçi” 1:0 hesabı ilə öndə idi.
