11 iyul 2012 01:22
Ramiz Məmmədov yenidən Qəbələdə
“Qəbələ”də yeni təyinat rəsmiləşib. Azerisport.az xəbər verir ki, komandanın sabiq baş məşqçisi Ramiz Məmmədov klubda yeni posta – idman direktoru vəzifəsinə təyin olunub.
Bununla da 44 yaşlı mütəxəssisin 2 illik fasilədən sonra əvvəlki klubunda yenidən fəaliyyətə başlayıb.
Məmmədov 2009/10 mövsümü başa çatandan sonra “Qəbələ”nin baş məşqçi postundan ayrılmışdı. Bunadək isə o, 4 mövsüm komandanın sükanı arxasında olub.
2006/07 mövsümünün gedişində bu posta təyin alınan Məmmədov baş məşqçi kimi “Qəbələ”ni hamıdan çox – Azərbaycan çempionatının 100, kubokunun 18 oyununa çıxarıb.
Məmədov “Qəbələ”dən ayrıldıqdan sonra Qazaxıstanın “Atırau” klubuna başçılıq edib.
