11 iyul 2012 01:26
Sumqayıt çempiona qol vura bilmədi
“Sumqayıt” növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Premyer Liqa klubunun rəqibi birinci divizionun son çempionu “Qaradağ Lökbatan” olub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gələn Bernard Raab və Adil Mahmudovun yetirmələri 90 dəqiqə ərzində fərqlənə bilmyiblər. Oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Sumqayıt" ötən həftə əvəzediciləri sınağa çəkmişdi. Həmin görüş 5:0 hesablı qələbə ilə başa çatmışdı.
