11 iyul 2012 00:05
Çaçiç: Cavid İmamverdiyev fantastik futbolçudu
“Biz ötən mövsüm də Çempionlar Liqasında “Neftçi” ilə qarşılaşmışdıq. Həmin vaxt komanda mənə o qədər də yaxşı təsir bağışlamamışdı. Bu gün isə tamam fərqli “Neftçi” gördüm”.
Azerisport.az xəbər verir ki, bu sözləri “Neftçi” ilə oyundan sonra “Dinamo”nun (Zaqreb) baş məşqçisi Ante Çaçiç deyib.
Xorvat mütəxəssis “Neftçi”nin heyətində Cavid İmamverdiyev və Julius Vobayın oyununu bəyəndiyini bildirib. O xüsusilə İmamverdiyevin oyunundan danışıb: “İnanmazdım ki, Azərbaycanda belə futbolçu var. O, fantastik futbolçudu”.
Qeyd edək ki, “Neftçi” – “Dinamo” oyunu 59-cu dəqiqədə güclü yağış üzündən dayandırılıb. Həmin vaxt “Neftçi” 1:0 hesabı ilə öndə idi.
