11 iyul 2012 01:33
Bakının potensial rəqibi Türkiyə klubuna qalib gəldi
Avropa Liqasındakı təmsilçimiz “Bakı”nın potensial rəqibi – Bolqarıstan CSKA-sı yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sofiyalıların rəqibi Türkiyə komandası olub.
Belə ki, “Kardemir Karabükspor” ilə üz-üzə gələn CSKA görüşdən qalib ayrılıb – 1:0. Oyundakı yeganə qolu 60-cı dəqiqədə Bandalovski vurub.
Qeyd edək ki, CSKA mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq. Bu komanda birinci təsnifat mərhələsinin “Bakı” – “Mura” (Sloveniya) cütünün qalibi ilə görüşəcək. İlk oyunda qolsuz heç-heçəyə razılaşmasına baxmayaraq, komandamızın səfərdə mərhələ keçmək şansları qalmaqdadı. Sloveniyada baş tutacaq həmin görüş iyulun 12-nə təsadüf edəcək.
