10 iyul 2012 11:26
Branimir Subaşiç: Həlledici oyunun səfərdə keçirilməsinin önəmi yoxdu
“Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç Avropa Liqasının birinci təsnifat mərhələsinin Estoniya “Nomme Kalju”su ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Nomme Kalju” ilə oyuna nə dərəcədə hazırlaşa bilmisiz?
- Uşaqların necə məşq etdiklərini özünüz də gördünüz. Başa düşürük ki, hər şeyi özümüz həll etməliyik. Bizdən çox şey asılıdı. Növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik.

- Hücumçulardan daha çox şey asılıdı. Estonlara yenə qol vura biləcəksiz?
- (gülür) Mən buna çox ümid edirəm. Əsas oyunda can qoymaqdı. Amma yenə qol vursam, bu, mənim üçün daha da yaxşı olardı. Məndən asılı olan nə varsa, etməyə çalışacağam.

- Doğma meydanda “Xəzər Lənkəran”ın qələbə qazanmasına nə mane oldu?
- Mənə elə gəlir ki, bizim hansısa problemimiz yox idi. Çoxlu qol epizodlarımız oldu. Qapıya təxminən 31-32 zərbə endirmişdik. Bəlkə də lap çox idi. Bütövlükdə, pis təsir bağışlamamışdıq.

- Bəs “Xəzər Lənkəran” “Nomme Kalju”nu keçmək üçün necə oynamalıdı?
- Bütün gücümüzü meydanda qoymalıyıq. Amma ehtiyatlı olmaq şərti ilə. Əgər futbolçular 100 faiz oyuna köklənə bilsələr, qələbəmizə şübhə yeri qalmayacaq. Hər ehtimala qarşı səhv etməməliyik.

- Amma həlledici oyun doğma meydanda yox, səfərdə keçirilir...
- Şübhəsiz ki, doğma divarlar arasında oynamaq daha asandı. Amma bunun indiki halda bizim üçün elə də ciddi fərqi yoxdu. Çünki biz estonları məğlub etməyə borcluyuq.