10 iyul 2012 12:06
Yığmamızın Portuqaliya ilə oyunu gecə yarısı keçiriləcək
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək Portuqaliya - Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Braqa şəhərindəki “Braqa Municipial Stadium”da keçiriləcək.
Həmin qarşılaşma yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00-da) başlayacaq.
Millimizin mübarizə aparacağı F qrupunda daha bir oyunun keçiriləcəyi stadion və başlanma vaxtı bəlli olub. İsrail - Rusiya qarşılaşması sentyabrın 11-də, yerli vaxtla saat 20:00-da, Ramat Qan şəhərindəki eyniadlı stadionda keçiriləcək.
