11 iyul 2012 01:29
“Çox yaxşı oynadıq”
17 yaşadək qızlardan ibarət Azərbaycan və Bolqarıstan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini bildirib. Azerisport.az həmin açıqlamalarla sizi də tanış edir:
Stanislava Tsekova (Bolqarıstan yığmasının baş məşqçisi): «Maraqlı oyun oldu. Təəssüf ki, hava şəraiti bacarığımızı tam nümayiş etdirməyə imkan vermədi. Ümid edirəm ki, növbəti oyunda yaratdığımız qol epizodlarından istifadə edə biləcəyik. Təşkilati işlərdən çox razıyıq. Əməkdaşlığımızın davamlı olacağına ümid edirəm».
Sissi Rayt (Azərbaycan yığmasının baş məşqçisi): «Çox yaxşı oynadıq. Müxtəlif məqamlarda zəif təsir bağışlasaq da, sərfəli nəticəni qoruyub saxlaya bildik. Təcrübəmizin artması üçün belə rəqiblərlə yoldaşlıq oyunları keçirməyimiz vacibdi». (AFFA)
