11 iyul 2012 13:25
Asif Məmmədov: İnter Asterası da keçəcək
“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsinin Estoniya “Trans”ı ilə cavab oyunu ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.
- 5:0-dan sonra hər şeyin artıq “İnter”in xeyrinə həll olunduğunu demək olar?
- Mənə elə gəlir ki, işin 80 faizi görülüb. İndi qalan işi də Azərbaycanda görməliyik.
- “Trans”la oyunda axrayınlaşmaqdan qorxmursuz? Yəqin ki, komanda artıq növbəti mərhələdəki rəqib barədə düşünür...
- “İnter” cavab matçında da qələbə qazanmaq istəyir. Əlbəttə, 5:0 ola bilər ki, bizi bir qədər arxayınlaşdırsın. Amma “Trans”a qarşı necə oynamaq lazım olduğunu bilirik. Rəqibi yaxşı öyrənə bilmişik. Buna görə də ciddi problemimiz olmayacaq. Cavab oyununda da qələbə qazanıb, ikinci təsnifat mərhələsinə adlayacağıq. Avrokuboklarda qələbə seriyasına başlamaq istəyirik.
- Növbəti mərhələdəki rəqibiniz Yunanıstan “Asteras”ı olacaq. Bu komanda ilə görüşlərdəki şanslarınız barədə nə deyə bilərsiz?
- İndi biz sadəcə “Trans”la cavab oyununda qələbə qazanmaq haqda düşünürük. Yunanlarla oyunlar barədə ikinci mərhələyə keçdikdən sonra düşünərik. İndidən onu demək olar ki, “Asteras”la qarşılaşmalar daha çətin olacaq. Çünki onlar “Trans”dan güclüdülər. Həm də yunanlar artıq bizim oyunları izləyiblər. İkinci mərhələyə keçəndən sonra “Trans”la oyunları tam unudub, “Asteras”la görüşlərə köklənməyimiz lazımdı.

- Sizcə, “İnter” nə qədər uzağa gedə bilər?
- Avroliqada mümkün qədər çox qalmaq istəyirik. Şanslar bərabərdi. Buna görə də tam gücümüzü meydanda qoymağımız lazım gələcək. İnanıram ki, “Asteras”ı da keçə bilərik. Lakin gəlin gələ çox qabağa getməyək. Öncə “Trans”ı keçək, sonra yunanları keçmək barədə düşünərik.
- Estonlarla ilk oyununuz barədə nə deyə bilərsiz?
- Oyun bizim üçün uğurlu alındı. Səfərdə 5 cavabsız qolla qələbə qazanmağımız bizə böyük üstünlük qazandırdı. Amma bu, o demək deyil ki, cavab oyununa arxayın çıxmalıyıq. Bakıdakı oyuna da ciddi hazırlaşacağıq.

- “İnter” ilk oyunda demək olar ki, sona qədər üstün olan tərəf idi...
- Yəqin ki, biz onlara nisbətən daha yaxşı hazırlaşmışdıq. Onların zəif cəhətlərini yaxşı bilirdik. Mənə elə gəlir ki, uşaqlar baş məşqçinin tapşırıqlarını yaxşı yerinə yetirdilər. O, bizə rəqibin müdafiəsində problemlərin olduğunu izah etmişdi.
- 2:0-dan sonra gücünüzü qorumaq barədə düşünmürdünüz?
- Fasilədə Kaxaber Tsxadadze bizə dedi ki, bacardığınız qədər çox qol vurun. Çünki belədə cavab oyunu daha asan olacaq. Həm də Bakıda isti problem yarada bilərdi.
- Fasilədə Kaxaber Tsxadadze bizə dedi ki, bacardığınız qədər çox qol vurun. Çünki belədə cavab oyunu daha asan olacaq. Həm də Bakıda isti problem yarada bilərdi.
- Oyun şəxsən sizi qane etdi?
- (gülür) Əlbəttə. Şadam ki, Avropa Liqasında qol vura bildim.
- (gülür) Əlbəttə. Şadam ki, Avropa Liqasında qol vura bildim.