11 iyul 2012 13:45
Türkiyə klubunun bazasında partlayış baş verdi
Türkiyənin “Sivasspor” klubu xoşagəlməz hadisə ilə üzləşib. Azerisport.az xəbər verir ki, klubun bazasında partlayış baş verib.
Klubun idarə heyətinin, eləcə də aşağı yaş qruplarından ibarət komandaların üzvlərinin qaldığı binada baş verən arzuolunmaz hadisə nəticəsində ölən olmayıb. Amma bəzilərinin yüngül xəsarətlər aldığı olay nəticəsində “Sivasspor”a külli miqdarda ziyan dəyib.
Hadisə ilə bağlı araşdırmalar aparılır. İlkin versiyaya görə partlayışa qaz sızması səbəb olub.
