11 iyul 2012 02:06
Mura – Bakı oyunu öncəsi planlar dəyişdi
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Bakı” ilə Sloveniya “Mura”sı arasındakı cavab oyunu öncəsi keçiriləcək mətbuat konfransları ilə bağlı planlarda dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, sloveniyalılar iştirakçı komandaların çalışdırıcılarının jurnalistlərlə ayrı-ayrı görüşməsini planlaşdırmışdılar.
Lakin sonradan hər iki baş məşqçinin eyni vaxtda mətbuat nümayəndələri ilə görüşməsinə qərar verilib. Beləliklə, Novruz Əzimovla rəqib həmkarı yerli vaxtla 19:15-də (Bakı vaxtı ilə saat 22:15-də) jurnalistlərin önünə çıxacaq.
Ardından isə “Bakı”nın oyun öncəsi matçın keçiriləcəyi arenada son məşqçi baş tutacaq. Bu hazırlıq prosesi isə saat 20:00-da (23:00) start götürəcək.
Qeyd edək ki, “Mura” – “Bakı” oyunu iyulun 12-də Lendavada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
