11 iyul 2012 02:12

“Mura ilə oyunda hər şeyə əsas vaxtda aydınlıq gələcəyinə əminəm”

“Bakı”nın boliviyalı müdafiəçisi Edemir Rodriqes Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- İlk oyun qalibi müəyyənləşdirmədi. Sloveniyadakı oyundan nə gözləyirsiz?
- Növbəti 90 dəqiqədə qalib müəyyənləşməlidi. Toparlanmaq, yaxşı futbol sərgiləmək lazımdı. Əminəm ki, oyuna nəzarəti əlimizdə saxlaya biləcəyik və sonda istədiyimiz qələbəni qazanacağıq.
 
- İlk oyunda da nəzarət əlinizdə olduğu halda, qələbə qazana bilmədiniz...
- Çünki rəqib komanda tam olaraq qapısına çəkildiyindən, bunu həyata keçirmək çətinləşmişdi.

- Yeri gəlmişkən, bu oyunda da 90 dəqiqə qalibi müəyyənləşdirməyə bilər...
- Əminəm ki, hər şeyə əsas vaxtda aydınlıq gələcək. “Bakı” bunun üçün hər şeyi edəcək. Əlavə vaxta getsə, bir səhvimiz hər şeyə nöqtə qoyulması ilə nəticələnə bilər. Penalti seriyasına da saxlamaq olmaz.
 
- Rəqibiniz yenə müdafiədən oynasa, nə etməli olacaqsız?
- Əsas odu ki, futbolçular bir-birini yaxşı başa düşsünlər. İstədiyimiz oyunu sərgiləyə bilsək, qələbə də bizim olacaq. Güclü komandamız var. Diqqətli və səbrli olmaq lazımdı. Biz bu görüşdə lazım olan nəticəni qazanacağıq.
 
- Boliviya yığmasının üzvüsünüz. Niyə məhz Azərbaycanı seçmisiz?
- Mən Avropada oynamaq istəyirdim. Bu şansı da mənə “Bakı” yaratdı. Ölkəmi Azərbaycanda təmsil etdiyim üçün qürur hissi keçirirəm. Təklif barədə o qədər də düşünmədim. “Bakı” ilə uğur qazanmaq istəyirəm.
 
- Çətin ki, Boliviya millisinin məşqçiləri Premyer Liqamızı izləsinlər. Qorxmursuz ki, millidən kənar qala bilərsiz?
- Qorxuram. Amma mən öz karyeram barədə düşünməliyəm. “Bakı”nın sərfəli təklifindən imtina edə bilməzdim. Ümid edirəm ki, yığma ilə də bağlı problemim olmaz və mən millidəki çıxışımı davam etdirərəm.


 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.