11 iyul 2012 02:20
Maradona qovuldu
Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona baş məşqçisi olduğu Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vasl" klubundan ayrılıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, klubun idarə heyətinin iclasından sonra 51 yaşlı mütəxəssislə yolların ayrılmasına qərar verilib. Buna səbəb kimi isə ötən mövsüm komandanın Maradonanın rəhbərliyi altında o qədər də uğurlu çıxış etməməsi göstərilir.
Qeyd edək ki, "Əl Vasl" klubu ötən mövsümü 8-ci pillədə başa vurmuşdu.
