11 iyul 2012 14:30
Nomme Kaljunun kapitanı: Biz Azərbaycandakından da yaxşı oynadıq
Estoniyanın “Nomme Kalju” klubunun kapitanı Alo Barenqrub Avropa Liqasının birinci təsnifat mərhələsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:
“Hesab edirəm ki, biz Azərbaycanda keçirilən birinci görüşdəkindən də yaxşı oynadıq. Amma bəzi səhvlərimiz hər şeyi korladı”.
