11 iyul 2012 21:05
AZAL Türkiyə klubuna məğlub oldu (YENİLƏNİB)
Növbəti mövsümə hazırlığı davam etdirən AZAL bu gün Türkiyə toplanışı çərçivəsində ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in rəqibi Türkiyə klubu olub.
Belə ki, Vaqif Sadıqov yetirmələrini Super Liqa təmsilçisi “Antalyaspor”la oyunda sınayıb. Bu komanda Türkiyə çempionatının son mövsümündə 18 komanda arasında 15-ci olub.
Qarşılaşmaya gəlincə, Türkiyə təmsilçisi matçı qalib başa vurub. AZAL hər hissədə qapısında bir qol görüb.
Yoxlama oyunu
11 iyul
ANTALYASPOR - AZAL - 2:0 (1:0)
