11 iyul 2012 14:57
Bundesliqada çıxış etmiş futbolçu AZAL-da
AZAL növbəti mövsümə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu hazırda Türkiyədə təlim-məşq toplanışındadı.
“Təyyarəçilər” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində yeni oyunçuları da sınaqdan çıxarırlar. Belə ki, hazırda AZAL-ın düşərgəsində bolqarıstanlı yarımmüdafiəçi Aleksandr Mladenova, ispaniyalı müdafiəçi Xuan Fransiskoya, həmçinin braziliyalı müdafiəçi Junior Oliveyraya rast gəlmək olar.
Qeyd edək ki, Mladenov vaxtilə Almaniyanın “Hertha”, “Karlsrue” kimi aparıcı klublarında da top qovub.
