11 iyul 2012 15:32
AFFA yığmamızı Avstriyaya göndərir
İyulun 16-dan 26-a qədər 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, hazırlıq prosesi Avstriyanın Murau şəhərində baş tutacaq. Lakin hələlik toplanışa dəvət olunmuş futbolçuların siyahısı açıqlanmır.
