11 iyul 2012 15:46
Maris Verpakovski: Mura ilə cavab oyununda bizə asan olacaq
“Bakı”nın hücumçusu Maris Verpakovski Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Sloveniyaya hansı ümidlərlə gəlmisiz?
- Prinsipcə, yaxşı əhval-ruhiyyədə gəlmişik. Ümidlərimiz də yüksəkdi. Hamı başa düşür ki, bizi necə çətin və vacib oyun gözləyir. Bizi ancaq qələbə qane edir. Bunu həyata keçirə biləcək gücdə olduğumuzu düşünürəm.

- Bəs bunu niyə ilk oyunda edə bilmədiniz?
- Sadəcə, “Mura”ya qol vura bilmədik. Bəzi qol epizodlarımız var idi. Amma onları həyata keçirmək alınmadı. Adətən, mövsümün əvvəlində belə olur. Yəqin ki, biz də məhz bu üzdən qol epizodlarını dəyərləndirə bilmədik. Hesab etmirəm ki, biz pis oynadıq. Baxmayaraq ki, Azərbaycanda çoxları elə düşünür.
- Qələbə qazanmaq üçün nə çatışmadı?
- 11 nəfərlə müdafiə olunan komandaya qarşı oynamaq çox çətindi. Düşünmürəm ki, cavab oyununda da onlar məhz eyni şəkildə oynasınlar. Ona görə də Sloveniyada bizə asan olacaq.
- 11 nəfərlə müdafiə olunan komandaya qarşı oynamaq çox çətindi. Düşünmürəm ki, cavab oyununda da onlar məhz eyni şəkildə oynasınlar. Ona görə də Sloveniyada bizə asan olacaq.
- Amma yoxlama matçında bu komandaya 4 cavabsız qol vurmuşdunuz...
- Məncə, məhz həmin oyundakı qələbə bizə böyük ölçüdə mane oldu. Çoxları elə hesab edirdi ki, biz bu dəfə də asan qələbəyə sevinəcəyik. Təəssüf ki, sonda qələbə qazana bilmədik. Bu da hamımızı çox məyus etdi.
- Amma qolsuz heç-heçə o qədər də pis nəticə sayılmamalıdı. Siz necə düşünürsüz?
- Mən də belə düşünürəm. Bizim bir qolumuz Sloveniyada çox şeyi dəyişə bilər. Çünki belə olan halda onlara iki qol vurmaq lazım gələcək. Biz öz gücümüzə əmin olmalıyıq. Öz oyunumuzu sərgiləməliyik. Bu, mütləq bəhrəsini verəcək.

- Mümkün məğlubiyyət halında necə olacaq?
- Bu haqda heç düşünmürəm də. Əminəm ki, növbəti mərhələyə biz keçəcəyik.
- Dediniz ki, rəqib böyük ehtimalla bu dəfə hücum edəcək. Bəs “Bakı” bu dəfə necə oynayacaq?
- “Bakı” öz oyununu oynayacaq. İlk oyundakı kimi. Bizim heç nədən qorxumuz yoxdu.
- Bəs sizin cavab oyunu üçün planlarınız nədən ibarətdi?
- Şübhəsiz ki, hücumçu kimi mən də qol vurmaq istəyirəm. Özüm də vurmasam, komanda yoldaşlarıma bu işdə kömək etməliyəm. İlk oyunu çox pis keçirdim. Tez-tez top itirirdim. Amma bunun əvəzini cavab oyununda çıxacağıma ümid edirəm.