11 iyul 2012 15:52
Millimizin təlim-məşq toplanışı olacaq
İyulun 16-dan 22-dək AFFA Futbol Mərkəzindəki çimərlik futbolu stadionunda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Artıq toplanışa dəvət almış futbolçuların siyahısı da açıqlanıb. Belə ki, hazırlıq prosesində adları aşağıda göstərilmiş futbolçular iştirak edəcəklər:
Emin Kürdov
Vaqif Şirinbəyov
Zeynal Zeynalov
Comərd Baxşəliyev
Nahid Mehrəliyev
Əbdül Əliyev
Orxan Məmmədov
Elhad Əhmədov
Əli Hüseynov
Ramin Quliyev
Elvin Quliyev
Zeynal Zeynalov
Hikmət Bağırov
Ramil Əliyev
Elçin Qasımov
