11 iyul 2012 16:03
Azərbaycan Polşa ilə heç-heçə edib, Slovakiyaya uduzdu
Eşitməqüsurlu əlillərdən ibarət U-16 Azərbaycan yığması Slovakiyanın Preşov şəhərində təşkil olunmuş beynəlxalq turnirdəki çıxışını davam etdirir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması turnirdə daha 2 oyun keçirib.
Polşa-2 komandası ilə 3:3 hesablı heç-heçə edən yığmamız, slovakiyalı həmyaşıdlarına 0:1 hesabı ilə məğlub olublar.
