11 iyul 2012 17:02

“Səbirsizliklə çempionatın startını gözləyirəm”

“Sumqayıt”ın yeni transferi - əslən azərbaycanlı Pərdis Fərcad-Azad klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- Futbola gəlişin necə baş tutub?
- 12 aprel 1988-ci ildə Almaniyanın paytaxtı Berlində anadan olmuşam. 10 yaşım olarkən valideynlərim tərəfindən “Herta”nın futbol məktəbinə yazıldım. 3 il bu klubda çıxış etdim. 2000-ci ildə “Herta 03 Zehlendorf” klubuna transfer olundum. 2007-ci ildə isə “FC Carl Zeiss Jena” klubu ilə peşəkar müqavilə imzaladım. Bir mövsüm ərzində 36 qarşılaşmada 7 qol vurmuşam. 2009/2010 mövsümünü isə “Plauen” klubunda keçirmişəm. Bu komanda ilə 20 görüşdə forma şansı qazanmışam və 3 qol vurmuşam. 2010-2012-ci illər ərzində isə “Berliner AK” klubunda çıxış etmişəm. Bu komanda dördüncü Bundesliqada mübarizə aparırdı. Berlin təmsilçisi ilə 34 oyunda rəqib qapılarından 13 top keçirmişəm.
 
- “Sumqayıt” Futbol Klubuna gəlişin necə baş tutdu?
- “Sumqayıt” Futbol Klubunun rəhbərliyi hələ ötən mövsüm mənim xidmətimdə maraqlı idi. Bu klubdan təklif aldıqdan sonra Azərbaycan futbolu ilə maraqlanmağa başladım. İl ərzində milli komandanın oyunlarını izləyirdim. “Sumqayıt”ın rəsmi saytı vasitəsi ilə isə çempionat və komanda haqqında məlumat toplayırdım. Qeyd edim ki, ötən ilin yanvarında AZAL-dan da təklif almışdım. Hətta “Berliner AK”ın heyətində bu kluba qarşı yoldaşlıq oyununda dubl etmişdim.
 
- Azərbaycanda qohumlarınız var?
- Əslən azərbaycanlıyam. Nənəm Həmidə Bağırovanın ailəsi Bakıdandır. Bildiyimə görə, burada qohumlarımız olmalıdır. Lakin onlarla əlaqə “yox” dərəcəsindədir. Əksər qohumlarımız hazırda Cənubi Azərbaycanda yaşayır. Əsasən, Novruz Bayramı ərəfəsində yaxınlarımızla sıx-sıx görüşürük.
 
- Komanda haqqında ilk təəssüratların. Ampluaca hansı mövqedə çıxış edirsən?
- Mən Sumqayıtda 4 gündür məşq edirəm. Özüm də hələ tam hazır deyiləm. Bir aydan çoxdur ki, məşq etmirəm. Amma tezliklə hazır olacağıma inanıram. Gəldiyim gün baş məşqçi Bernard Raabla tanış oldum. Almaniyalı mütəxəssis məşqləri olduqca maraqlı keçir. Uşaqların əksəriyyəti ilə də tanış olmuşam. Komandanı çox bəyəndim. Çempionatın startını səbirsizliklə gözləyirəm. Ampluaca yarımmüdafiəçiyəm. Həm sol cinahda, həm də yarımmüdafiə xəttinin mərkəzində çıxış edirəm. “Sumqayıt”da 7 nömrəli futbol formasını geyinəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.