11 iyul 2012 17:47
Kəpəz daha bir müdafiəçi ilə müqavilə imzalayır
Baxışda olan legionerləri geri göndərən "Kəpəz" klubunun Fərid Həşimzadə ilə müqavilə bağlaması gözlənilir. Azerisport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat veriblər.
Gəncə klubu 24 yaşlı müdafiəçi Fərid Həşimzadə ilə bir illik müqavilə bağlamağı planlaşdırır. Xatırladaq ki, Fərid Həşimzadə ötən mövsümü “Rəvan” klubunda keçirib.
