11 iyul 2012 18:25
Hidetoşi Vakui: Xəzər Lənkəran ilə oyunda bizə nəsə çatışmırdı
Estoniyanın “Nomme Kalju” klubunun hücumçusu Hidetoşi Vakui Avropa Liqasının birinci təsnifat mərhələsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:
“Çətin oyun alındı. Biz daha çox hücum təşkil etməyə, qol vəziyyəti yaratmağa çalışırdıq. Amma hər şey heç də istədiyimiz kimi getmirdi. Bütövlükdə pis oynamadıq. Lakin nəsə çatışmadı”.
