11 iyul 2012 18:46
Hamit Altıntop Galatasarayda!
Türkiyənin “Galatasaray” klubu növbəti futbolçu transferini həyata keçirib. Azerisport.az xəbər verir ki, “sarı-qırmızılar” İspaniya “Real”ının və Türkiyə millisinin yarımmüdafiəçisi Hamit Altıntopu heyətinə cəlb edib.
30 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, Altıntopa ildə 3,2 milyon avro, “Real”a isə 2 milyon avro ödəniləcək.
Qeyd edək ki, Hamit Altıntop 1982-ci il noyabrın 8-də Almaniyanın Gelzenkirxen şəhərində doğulub. O, “Real”a keçənədək Almaniyanın “Vattenşeyd”, “Schalke”, “Bayern” klublarında çıxış edib. Türkiyə millisinə də cəlb olunan futbolçu 73 matçda 7 qol vurub.
