11 iyul 2012 18:55
Baçana Tsxadadze: Bizə birinci matçı unutmaq lazımdı
“İnter”in hücumçusu Baçana Tsxadadze müsahibəsində Estoniyanın “Trans” (0:5) komandasıyla keçirilən oyun barədə danışıb, cavab qarşılaşması haqqında fikirlərini bölüşüb, eləcə də digər suallara cavab verib.
- Estoniya komandasına qarşı ilk matçda “İnter” kifayət qədər inamlı futbol sərgilədi və bu da öz əksini rəqibin qapısına 0:5 cavabsız top keçirilməsində tapdı…
- Daha çox qol vura bilərdik. Düşünürəm ki, oyununuz tamaşaçılarda xoş emosiyalar oyatdı. Elə bizə də belə futbol sərgiləmək və belə hesabla qalib gəlmək çox xoşdu. Rəqib var gücüylə bizə qarşı müqavimət göstərirdi. Lakin həmin gün bizə düşündüklərimizi reallaşdırmaq nəsib oldu və yekun nəticə meydançada baş verənləri əks etdirdi.
- Maraqlıdır, oyundan öncə qarşılaşmanın belə böyük hesabla yekunlaşacağını təxmin edə bilərdiniz?
- Matçın başlanmasına qədər rəqibimizn oyunlarına baxmışdıq. Etiraf etmək lazımdı ki, bizə rəqibin istər güclü, istərsə zəif tərəflərini yaxşı öyrənmək mümkün oldu. Biz kifayət qədər diqqətli hərəkət etdik və mənim fikrimcə, belə oyunla komandamız nəinki “Trans”a, hətta istənilən rəqibə qalib gələ bilərdi. Oyunun başlanmasına qədər yekun hesab barədə düşünmürdük, böyük istək və fədakarlıqla oynamaq vacib idi, axı bu faktorlar bizə səfər matçında kömək etməliydi. “Trans”ı zəif rəqib hesab etmirəm. Çünki Avropa Liqasında zəif rəqiblər olmur. Avropa Liqasının istənilən matçında qələbəyə nail olmaq üçün maksimum dərəcədə çalışmaq lazımdır.
- Artıq sabah “İnter” Estoniya komandasıyla cavab qarşılaşmasına çıxacaq. Sizcə, ilk qarşılaşmada böyükhesablı qələbə cavab oyununda komandanın istəyinə və motivasiyasına təsir göstərməyəcək?
- Dünən bu barədə danışmışıq. Bizə mütləq ilk matçı və 0:5 hesabını unutmaq və təmiz səhifədən oynamaq lazımdı. Komandaya gözəl oyun göstərmək və vəziyyətlərdən istifadə etmək lazımdı. O zaman ikinci oyunda da mütləq uğur əldə edəcəyik.
- İkinci mərhələdə “İnter”i Yunanıstanın “Asteras” komandasının simasında daha ciddi rəqib gözləyir. Bu komanda barədə nə deyə bilərsiniz?
- Səmimi desəm, növbəti rəqib barədə “Trans”la matçdan sonra danışmaq istərdim. Amma istənilən halda qeyd etmək lazımdır ki, yunan komandası çox güclüdür. Bizə oyunlara yaxşı hazırlaşmaq və artırmaq lazımdır.
- “Trans”la oyun sizin üçün də uğurlu alındı, dubl etmək müyəssər oldu. Maraqlıdı, buna dostlarınız və qohumlarınız necə reaksiya verdilər? Yəqin təbriklər çox idi...
- Əlbəttə. Hamı təbrik edirdi, bizimlə birlikdə sevinirdi. Belə reaksiya əlavə stimul verir. Xoşdu ki, insanlar baxırlar, həyəcanlanırlar, dəstəkləyirlər. Təbriklərə görə hamıya minnətdaram. İstərdim ki, belə nəticələrlə irəlidə də hamını sevindirim.
- Avrokuboklarda “İnter”in qarşısında maksimal tapşırıqlar qoyulub. Necə düşünürsünüz, komanda məqsədinə çata biləcək? Və komandanın turnirin qrup mərhələsinə düşmək şansı nə qədər böyükdür?
- Bilirsiniz, burada püşkdən çox şey asılıdı. Bununla belə, meydançaya çıxmamışdan öncə komandaların şansları həmişə bərabər olur. İrəlidə bizi Yunanıstandan ciddi rəqib gözləyir və bu komandayla matçlarda özümüzü göstərməyə çalışacağıq.
